Bu avtomobillərin idxalına aksiz vergisi optimallaşdırıla bilər

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2025 11:17

Azərbaycanda istehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanmış aksiz vergisi əmsalların optimallaşdırılması nəzərdə tutulur.

Gununsesi.info  xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

 

Gununsesi.info