Bu ay üçtərəfli parlamentlərarası görüş keçirilə bilər

  • By admin
  • 03 Noyabr 2022 20:10

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli parlamentlərarası danışıqlar bu ay baş tuta bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti“ agentliyi Rusiya Federasiya Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Rusiya parlamentində gələcək həftələrdə parlamentlərarası dialoq üçün danışıqlar qrupunun yaradılması müzakirə ediləcək.

“Parlamentlərarası danışıqların bu ay keçirilməsi istisna edilmir”, – mənbə bildirir.

Gununsesi.info