“Bu, Azərbaycanın Naxçıvanla yol əlaqəsi üçün vacibdir” -Paşinyan

  • By admin
  • 10 Yanvar 2023 12:39

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsindən danışıb.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb.

“Region nəqliyyat əlaqələri baxımdan diqqət mərkəzinə gəlir və önəmi artır. Logistik marşrutlar dəyişir. Ermənistan və Türkiyə arasında dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanla Naxçıvan, İranla Azərbaycan və Ermənistanla Rusiya arasıənda yol əlaqələri baxımından vacibdir”, – deyə Paşinyan bildirib.

Gununsesi.info