Metalı qızıla çevirən bakteriya elm dünyasında böyük maraq oyandırıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1976-cı ildə kəşf edilən Kupriavidus Metallidurans adlı bakteriya zəhərli metal birləşmələrini udur və daha sonra qızıl olaraq çölə buraxır.
Ölkələrarası araşdırma qrupu metalları udan bu bakteriya üzərində çalışmalar edib.
Bakteriyanı qızıla çevirir
Bakteriya metalları çürütdükdən sonra yan təsir oalraq qızıl elementi yaradır. Bir çox element kimi qızıl da kimyəvi dönmədən keçir.
Reaksiyaya uğrayaraq dəyişir. Bu müddətdə bakteriyaların önəmli rolu var. Hətta elm adamları qızıl reaksiyaya girərkən ölümcül dərəcədə zəhərli birləşmələrə məruz buraxıla biləcəyini vurğulayırlar.
Reaksiyalaşma sırasında zəhər yayılır
Zəhərli müddətdə buna yoldaşlıq edən bakteriyalardan biri də “K. Metallidurans”dır.
Bu bakteriya ilk dəfə 1976-cı ildə kəşf edilib. 2009-cu ildə önəmli özəlliyi ilə gündəmə gəlib. Miçiqan Əyalət Universiteti Mikrobiologiya və Molekulyar Genetika Bölümünün işçisi Prof. Kaşefi Do. Dr. Adam Broun “Kupriavidus Metallidurans” bakteriyası ilə təbiətdə tapılan və heç bir maddi dəyəri olmayan qızıl xloru bir araya gətirərək çalışma başlatdı.
“Təxminən, saf qızıl emal edir”
“K. Metallidurans” bakteriyası çevrəsində daha çox mis elementi qavrayarsa, “KupA” adlı verilən ağır zəhərli metalları ortaya çıxarır və fermentlər ifraz edir. Bu sayədə ortaya təxminən, saf qızıl deyə biləcəyimiz element çıxarır. Bakteriya sianid (siyanur) və xlor kimi toksik ağır metalları nüvəsindən atarkən zəhərli kimyəvilər işlədir və qızılı saflaşdırma işi ilə ortaya çıxarır.
Elm adamları bu bakteriyaların xlor dolu bir gəmini, sadəcə bir neçə həftə içində saf qızıla dönüşdürə biləcəyini söyləyirlər.
Bakteriya nə qədər də gözəl bir xəbər kimi görüksə də, bakteriyaların emal etdiyi saf qızılı işləmək çox zəhərli bir mühiti özü ilə gətirir.
Elm adamı Dietrix H. Niesin fikrincə mis və qızıl yan-yana gəldikdə, göründüklərindən daha zəhərli hal alırlar.
Tərcümə: Arzu Sayadoğlu