Qafqaz Universitetinin diplomlarının Azərbaycanda tanınmayacağı barədə yayına xəbərlərə Təhsil Nazirliyi aydınlıq gətirib.
Gununsesi.info-nun xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Qafqaz Universitetinin diplomlarının tanınmaması barədə məsələ hazırda müzakirə olunmur: “Biz universitetin diplomlarının tanınmaması ilə bağlı hər hansı müzakirə aparmırıq. Bu barədə hər hansı şərh verə bilmərik”.
Qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən, 2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.
Gülnaz Qənbərli
Gununsesi.info