Bu, biabırçılıqdır, futbola hörmətsizlikdir

  • By admin
  • 11 Noyabr 2022 11:18

“Arsenal”ın hücumçuları Qabriel Jezusla Qabriel Martinellinin Braziliya yığmasının DÇ-yə gedəcək yekun heyətində olması birmənalı qəbul edilməyib.

Gununsesi.info xəbər verir ki, Braziliya yığmasının sabiq futbolçusu Neto yığmanın baş məşqçinin bu qərarını kəskin tənqid edib. O, “The Sun” nəşrinə açıqlamasında “Flamenqo”nun hücumçusu Qabriel Barbosanın adının siyahıda olmamasını da biabırçılıq adlandırıb:

“Ayıbdır! utanıram! Söhbət Dani Alvesdən getmir. Martinellinin karyerasında nə var? 33 qol. Bu, biabırçılıqdır, futbola hörmətsizlikdir. Martinellini dəvət etmək, amma Barbosanı dəvət etməmək hörmətsizlikdir və bütün dəvətlərin ən böyük ayıbıdır. Heç kim onun kim olduğunu belə bilmir.

Bəs Qabriel Jesus son oyunlarda neçə qol vurub? Bircəsini də vurmayıb. Seçmə mərhələdə neçəsini vurub? Sıfır. Ardıcıl səkkiz oyundur ki, qol vurmur”.

Gununsesi.info