Bu binadan vahiməli səslər gəlir: sakinlər qorxu içində… – VİDEO

Ağstafa şəhəri Müseyib Allahverdiyev küçəsində yerləşən köhnə tikili sakinləri narahat edir.

Gununsesi.info  xəbər verir ki, sakinlər binadan gecələr vahiməli səslər gəldiyini deyirlər.
Çoxmərtəbəli yaşayış binası qəzalı vəziyyətdədir.
Ötən əsrin əvvəllərində tikilən bu bina haqqında daha ətraflı AzTV-nin təqdim etdiyi reportajda: