Bu binaların təmirinə 6 milyon manat ayrılıb

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən elan edilən tender müsabiqəsi yekunlaşıb. 

Gununsesi.info Valyuta.az-a istinadən xəbər verir ki, layihə paytaxt ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır.

 

Tender müsabiqəsinin qalibi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti olub.

Binaların əsaslı təmiri üçün 5 milyon 991 min 685 manat 85 qəpik məbləğ ayrılıb.

 

Gununsesi.info