Bu birliyin rəhbərliyi dəyişdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov işdən çıxıb.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, quruma rəhbərlik müvəqqəti olaraq bu ilin oktyabr ayında baş direktorun müavini təyin edilmiş Elman Həsənova həvalə olunub.

O, bu təyinata qədər nazirliyə məxsus “Aztelekom” MMC-nin baş direktorunun müavini olub.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq fakt təsdiq edilib.

Gununsesi.info