IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.
Gununsesi.info-ya Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.
Belə ki, +91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb.
Qeyd edək ki, döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.
Məhəmmədrəsul Məcidov 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də keçiriləcək.
Anar
Gununsesi.info