Bu bölgədə rus dilində tədris LƏĞV EDİLDİ

Ukraynanın Lvov vilayətindəki məktəblərdə rus dilində dərslər tədris edilməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Lvov vilayəti hərbi administrasiyasının rəhbərinin müşaviri Oleq Radik deyib.

“Rus dilində dərslər artıq Lvov vilayətinin məktəblərində olmayacaq” – deyə Radik qeyd edib. Onun sözlərinə görə, 2021-ci ildə Lvovdakı üç məktəbdə 3-cü və 4-cü siniflərdə rus dilində tədris aparılıb.

Qeyd edək ki, müharibədən sonra Odessa və Xarkov vilayətlərində artıq məktəblərdə rus dilinin tədrisinə tam qadağa qoyulub. Nikolayev şəhər şurasının icraiyyə komitəsinin üzvü Yekaterina Stokolias 2022-ci il sentyabrın 1-dən şəhər məktəblərində rus dilinin istifadəsinə qadağa qoyulduğunu bildirib.

Gununsesi.info