Bu bölgələrdə toxum emal edən fabriklər inşa ediləcək

  • By admin
  • 14 Noyabr 2017 09:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun keçirdiyi tenderin iki qalibi elan olunub.

Gununsesi.info xəbər verir ki, Fondun malların (işlərin, xidmətlərin) satınalınması məqsədilə 2017-ci il avqustun 31-də keçirilmiş 2 lotdan ibarət təkliflər sorğusunda Lot-1. Şəki rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə qalib “Qərazən” MMC, Lot-2. Xaçmaz rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə isə qalib “Bayramlı Construction” MMC olub.

Qalib şirkətlərlə noyabrın 10-da müvafiq satınalma müqavilələri imzalanıb.

Gununsesi.info