“Bu bu münasibətləri biz məhv etməmişik” - LAVROV

  • By admin
  • 14 Yanvar 2022 15:21

Rusiya Avropa İttifaqı ilə normal münasibətləri bərpa etməyə hazırdır lakin Brüsselə də eyni münasibəti göstərməlidir.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

 

“Biz çox istəyirik ki, Avropa İttifaqı müstəqil rol oynasın. Həqiqətən də, Avropa İttifaqı ilə normal münasibətlərin olmasını istəyirik, bu münasibətləri biz məhv etməmişik, – deyə o bildirib.

O deyib ki, Avropa İttifaqı bu münasibətlərin yenidən qurulmasına nə dərəcədə hazır olduğuna özü qərar verməlidir.

 

 

Gununsesi.info