Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzi fəaliyyətə başladığı gündən indiyədək 8 milyona yaxın vətəndaş müraciətini cavablandırıb.
Gununsesi.info xəbər verir ki, 2025-ci ildə Çağrı Mərkəzi tərəfindən cavablandırılan zənglərin günlük orta sayı 6565 təşkil edib.
Müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı, Çağrı Mərkəzinin fəaliyyəti son illər IVR (interaktiv səsli cavablandırma) sisteminin, həmçinin sosial bot, onlayn çat, əks əlaqə, SMS müraciətlər üzrə cavablandırmanın tətbiqi ilə əhəmiyyətli dərəcədə genişlənib.













