“Heç bilmirəm nə deyim.
Həm ağlamalıdır, həm də gülməli…”
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış yazıçı, professor Firuz Mustafa öz “Facebook” statusunda yazıb.
Statusu olduğu kimi, təqdim edirik:
“Əzizlərim, bəyəm Hüseyn Cavid və Mirzə Cəlil Naxçıvan ədibləri, Cabbarlı Xızı dramaturqu, Axundov Şəki yazıçısı, Əlibəy Hüseynzadə Salyan mütəfəkkiri, Mirzə Ələkbər Sabir Şirvan satiriki, Səməd Vurğun Qazax şairi, Üzeyir Hacıbəyov Qarabağ bəstəkarı, Nizami Gəncəvi Gəncə dahisidir?
Son dövrlərdə bu böyük simaların təbliği bu konuda, bu istiqamətdə aparılır. Özü də hər birinin öz “təəssübkeş həmyerliləri” tərəfindən. Bu cılız “yerlipərəstlər” bu dahi insanlara gah lupa, gah da mikroskop altında baxırlar. Onları “böyütmək” istəyirlər, əvəzində özləri kimi xırdalayırlar.
O insanlara hərdən teleskopla da baxmaq lazımdır, cənablar… Axı onların heç biri hansısa “rayonun” özəl sərvəti deyil… Bölgəçilik təfəkküründən, gerizəkalıqdan çıxın, bir az qlobal prizmada, iri miqyasda, geniş panoramda düşünün…
Eh, bu sözü kimə deyirsən?
Bəyəm eşitməli olanlar deyilən sözü eşidirlər ki?”
Gununsesi.info