
“Just Stop Oil” ətraf mühit qrupunun iki etirazçısı Sigourney Weaverin baş rolda oynadığı “The Tempest” tamaşasına etiraz edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, etirazçılar səhnəyə çıxıb, nümayişi dayandırıb və əllərində “1,5 dərəcədən yuxarı temperatur qlobal gəmi qəzasıdır” yazılmış pankart qaldırıblar.
Aksiya zamanı Uiver və digər ifaçılar səhnədən uzaqlaşdırılıb.
Etirazçılar konfeti ataraq “Biz nümayişi dayandırmalıyıq, xanımlar və cənablar, üzr istəyirik” ifadələri ilə çıxış ediblər.
Hollivud ulduzu Siqurni Uiver səhnədə stulda əyləşərkən işçilər tərəfindən səhnədən uzaqlaşdırılıb.
Üzlərində narıncı pankart daşıyan etirazçılar, “1,5 dərəcədən yuxarı temperatur qlobal gəmi qəzasıdır” yazılı pankartın 2024-cü ildə qlobal temperaturun beynəlxalq səviyyədə qəbul edilmiş 1,5C hədəfini keçəcəyini göstərən son tapıntılara diqqət çəkmək üçün daşındığını bildiriblər.
Ətraf mühit qrupu son illərdə Chelsea Flower Show, Proms, Stonehenge və National Gallery kimi mühüm tədbirlərdə və məkanlarda oxşar etiraz aksiyaları keçirib. Bu ayın əvvəlində iki qadın təbiətşünas Çarlz Darvinin Vestminster Abbeyindəki məzarı üzərinə sprey boya ilə yazdıqları üçün həbs edilib.
Orxan Saffari