Bu dəfə barışıq addımı Röyadan gəldi - İLLƏRİN KÜSÜLÜLÜYÜ BİTDİ

  • By admin
  • 19 Mart 2018 16:29

İllərdir küsülü olan əməkdar artisr Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova arasında buzlar əriyib.

Gununsesi.info Axşam.az-a istinadən xəbər verir ki, Elnarənin keçmiş rəfiqələrinə barışıq addımı atması cavabsız qalmayıb. Onun bu təklifinə Natavan müsbət reaksiya verib.

Bu dəfə isə Röya “Xəzər maqazin”də keçmiş rəfiqələri haqda danışıb:

“Küsülü olmağım yadımdan çıxır. Hamıya “salam” verirəm. O, iki qız nə vaxt istəyir küsür, nə vaxt istəyir barışırlar. Mən onsuz da onlardan küsmürəm. Onlar mənim üçün əzizdirlər. Burada “əl, ayaq” uzatdı yoxdur. Mənim ailəm kimidilər. Üçümüzün də ayrı və ağır həyatı var. Hər kəs çiynində ağır yük daşıyır. Onlar bilir ki, mənim çiynimdəki yük daha ağırdır”.

Gununsesi.info