“Bu dəfə də Qarabağ haqda sözümüzü əmələ çevirməsək, çox çətin olacaq…” - ARİF PAŞA

  • By admin
  • 21 Sentyabr 2020 19:24
“Məsələni çəkinmədən belə qoymaq lazımdır: “YA ERMƏNİLƏR, YA BİZ!”..” 
“Azərbaycan xalqı üçün belə bir çıxış yolu bizim qatı, radikal millətçiliyimizdən yox,  ermənilərin öz  gerçək xislətindən irəli gəlir…”
“Hamımız “Tezliklə Qarabağı azad edəcəyik!” cümləsini eşitməkdən, oxumaqdan, deməkdən, yazmaqdan yorulduq!.. Bu dəfə də sözdən, şüardan əmələ keçməsək, xalq elə ruhdan düşəcək ki, bir daha onu bərpa etmək çətin olacaq…Torpaqları düşmən əlində olan xalqın işğal altında qalan ərazisi -Qarabağ boyda ŞƏRƏF , QÜRUR və NAMUS ləkəsi var! Bu ləkəni QANLA YUMAĞIN zamanı axı çoxdan yetişib…” 
Gununsesi.info xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa söyləyib.
 “Bu dəfəki savaşımız son, qəti və həlledici olmalı, mütləq torpaqlarımızın azadlığıyla nəticələnməlıdir.  Və məsələni çəkinmədən belə qoymaq lazımdır: “YA ERMƏNİLƏR, YA BİZ!”.. Azərbaycan xalqı üçün belə bir çıxış yolu bizim qatı, radikal millətçiliyimizdən yox,  ermənilərin öz  gerçək xislətindən irəli gəlir… Tarix və xüsusən  Qarabağın işğal altında qaldığı son 30 ilə yaxın müddətdə baş verənlər sübut edir ki,  artıq 100 ildən çox bir zaman ərzində  vəhşi, qaniçən münasibətlərinə rəğmən bizim ermənilərə qarşı xoşməramlı addımlarımız, güzəştlərimiz  heç bir nəticə vermir. Bu xalq bizi qəbul etmək istəmir. Ermənistan hakimiyyətinin rəsmiləri də, onların “ziyalı” hesab olunanları da birmənalı şəkildə deyirlər ki, biz Qarabağdakı ermənilərin Azərbaycanla şaquli münasibətlərini qəbul etmirik.  Yəni Azərbaycan dövlətinin tərkibində tabeçiliyində olmasını istəmirik. Buna görə də bizim heç bir halda ermənilərlə dinc yanaşı yaşamağa imkanımız yoxdur. Nə Qarabağda, nə də Qafqazda. Ya erməni qalmalıdı, ya da biz!..
Əgər Qarabağdan ermənilərin hamısını qovub çıxarsaq, bütün “beynəlxalq təşkilatlar” deyilən əsasən  xristian klublarına bənzəyən ermənipərəst qurumlar hay qaldıraraq bizi irqçilikdə günahlandıracaqlar. Onlara nə cavab verəcəyik?..” sualına cavabında isə Arif Paşa belə deyib:
“Əvvəla, həmin beynəlxalq təşkilatlardan soruşmaq olar ki, 1988-ci ildən bu yana(hələ 1905-ci ildən bəriki soyqırımları, deportasiyaları demirik)  Ermənistanda bir nəfər belə, Azərbaycan türkü qalmayıb. Bəs elə özü də tarixi torpaqlarımız hesabına Rusiyanın, digərlərinin dəstəyi ilə “dövlət kimi qondarılmış Ermənistana 32 ildir nədən təzyiq edilmir, nədən bu işğalçı dövlət irqçilikdə, neo-faşizmdə günahlandırılmır?…
İkincisi, ABŞ başda olmaqla həmin beynəlxalq qurumların arxasında duran dövlətlərin özləri hazırda olduqları əraziləri kifayət qədər soyqırımlar aparmaq sayəsində əldə ediblər. Məsələn, indiki ABŞ ərazisində vaxtilə elə hindu tayfaları, elə millətlər olub ki, ingilislərin oraya yürüşləri sayəsində onlardan bir nəfər də qalmayıb…
Üçüncüsü, isə  hazırkı “Azərbaycan Respublikası” adlanan ərazi  bizim tarixi böyük vətənin yalnız kişik bir hissəsidir. Bizim nəhəng dövlətlərimiz olub…Və ən azı, biz  özümüzü 114 min kv.km-lik Azərbaycan Demokratik Respublikasının varisi hesab ediriksə, həmin ərazini bərpa etmək haqqımız və borcumuzdur. Görək həmin təşkilatlar bu gerçəyi, bu haqqımızı qəbul edirlərmi? Etmirlər, əvəzində erməniləri “soyqırıma məruz qalmış, əzabkeş” kimi  təqdim və təbliğ edirlər…
Ermənilərə güzəştə gedəriksə, bu artıq yalnız Azərbaycanın, Qafqazın deyil, dünyanın bəlasına çevrilə bilər, çox mənfi bir presedent olar digərləri üçün.  O halda Rusiyadakı müxtəlif türk, müsəlman xalqları da öz müqəddəratlarını həll olunmasını tələb etsinlər? Onda Rusiyanın vəziyyəti necə olacaq?.. Oxşar parçalanma məsələləri ABŞ-da, Fransada, İspaniyada  və s. qalxa bilər…
Və istənilən halda bizim çıxış yolumuz yalnız savaşdır. Biz rindqəki boksçuya bənzəyirik, özümüzü necə aparmağımızdan asılı olmayaraq bizə münasibət amansız və sərtdir. Əgər vəziyyət belədirsə, onda biz öz bildiyimiz yoldan getməli, Milli İradəyə, Xalqa güvənən addımlar atmalıyıq…
Amma ən ruhlandırıcı məqamlardan biri də odur ki, birinci Qarabağ savaşından fərqli olaraq, hazırda qardaş Türkiyə, eləcə də Pakistan birbaşa yanımızda olduqlarını nümayiş etdirirlər… Odur ki, geri çəkilmək olmaz. Dediyim kimi, bu dəfə də sözümüzü, şüarımızı əmələ çevirməsək, ruhdan düşəcək xalqı bir daha ayağa qaldırmaq çox çətin olacaq…” – deyə keçmiş döyüş komandiri bildirib.
Gununsesi.info