Bu dəfə Şuşaya pensiyaçılar getdi - FOTOLAR

  • By admin
  • 02 İyun 2022 14:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.

DSMF-dən verilən məlumata görə, 2 günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.

Gununsesi.info