Bu “dəhliz” Tehran və İrəvanın Bakıya təzyiq cəhdidir - Karasik

  • By admin
  • 12 Oktyabr 2021 09:46

Gorus-Qafan yolu Qafqazdakı mübahisəli məsələlərdən biri olaraq qalır. Yol var, amma çox bərbad vəziyyətdədir və İran və Gürcüstan ərazisindən Ermənistana uzanır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında amerikalı mütəxəssis, ABŞ-ın Qulf Dövlət Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik İranın Zəngəzura alternativ “Qafqaz dəhlizi”nin çəkilməsi ilə bağlı mövqeyinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, xüsusilə İran daşımalarına gəldikdə, son aylarda bu yolun açılışı və bağlanması ilə əlaqədar çox aşağı intensivlikdə toqquşmalar olub: “Azərbaycanla İran arasında hesablamalar, görüşlər və söz müharibəsi dəyişdikcə Tehran da bəzi geostrateji addımlar atmaq üçün fürsət axtarır. Keçən həftə bu, hərbi təlimlər idi, bu həftə isə əsaslı yenidənqurma ilə sözügedən tranzit yolunun açılmasıdır. Bu addımın məqsədi, tarixən etdikləri kimi, Ermənistan və İranın oyun oynayaraq Bakıya təzyiq göstərmək cəhdidir”.

Politoloq bildirib ki, bu yolun son dayanacağı Gürcüstanın potensial Batumi və ya Poti limanları vasitəsi ilə müəyyən edilə bilər: “Amma Qara dənizin təhlükəsizliyi kimi məsələlər də daxil olmaqla, bir çox başqa faktorlar var. Yəni nəzəriyyərə əsasən, bu mümkündür, amma hər şey göründüyü kimi asan deyil, ortada başqa problemlər də var. Rəsmi Ankaranın Tehranın fəaliyyətinə xüsusi münasibəti səbəbindən Türkiyənin müzakirəyə cəlb edilməsi lazımdır və bu, mübahisə mənbəyi ola bilər. Yəni bu “ideya”, sadəcə, necə deyərlər, Qafqazda “adi günlərdən biridir!”

Gununsesi.info