Bu da oldu – aparıcı canlı yayımda doğdu

  • By admin
  • 22 Fevral 2018 19:20


ABŞ-ın Müqəddəs Louis şəhərində yaşayan və “The Arch” radiosunda aparıcılıq edən Proktor adlı hamilə qadın ilkə imza atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, övladını keysəriyyə yolu ilə dünyaya gətirmək üçün xəstəxanaya gedən Proktor oranın işçilərindən icazə alaraq radio vasitəsi ilə canlı yayına qoşulub və doğuş anını tamaşaçıları ilə bölüşüb.

“Həyatımın ən həyəcanlı anlarını dinləyicilərimlə paylaşmaq mənə zövq verdi” deyən aparıcının oğlunun adı da canlı yayımda qoyulub.

Proktorun 3 kiloqram 300 qram övladına səsvermə yolu ilə Ceyms adı seçilib.

Bildirilir ki, Ceymslə məşğul olmaq üçün aparıcı bir müddət radiodan uzaq düşəcək.

Gununsesi.info