
“Bu gün Milli Məclisdə keçirilən plenar iclasda Azərbaycan Respublikası ilə Lüksemburq parlamentlərarası dostluq qrupu üzrə rəhbər seçildim.”
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı VII çağırış Milli Məclisin deputatı Nigar Məmmədova öz sosial şəbəkə hesabında paylaşıb.
“Azərbaycan Respublikası və Lüksemburq arasında olan parlamentlərarası əlaqə, həmçinin dostluq münasibəti xüsusi önəm kəsb edir. Azərbaycan Respublikası-Lüksemburq parlamentlərarası dostluq qrupuna məni rəhbər təyin etdikləri üçün Milli Məclis rəhbərliyi başda olmaqla, hər kəsə dərin minnətdarlığımı bildirirəm. Mənə verilən öhdəliyi, məsuliyyəti layiqincə yerinə yetirəcəyimi vəd edirəm.”-, deyə N. Məmmədova qeyd edib.