
Respublika endokrinoloji dispanserinə analiz üçün müraciət edən xəstəyə reaktiv yoxdur deyib, başqa klinikaya göndəriş veriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə həkim Aydın Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, ikinci klinika da həmin xəstəyə reaktivin qurtardığını deyiblər. A.Əliyev TƏBİB, İcbari Tibbi Sığortadan şikayət edib.
TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli bu məlumata cavabında “belə ümumi sözlərlə hər hansı şəxsi və ya qurumu ittiham etməyi doğru hesab etmədiyini” bildirib. “Birinci hansı klinika, ikinci hansı klinika olub? Söhbət hansı analizdən gedir? İstənilən halda, TƏBİB 815 qaynar xətti var, ora da müraciət etmək mümkün idi.
Hesab edirəm ki, belə qərəzli mövqe tutmaq, konstruktiv deyil destruktiv davranmaq həkimlərimizə yaraşmaz. İstənilən fikir, rəy, şikayət, təklif, tövsiyə və s. tərəfimizdən diqqətlə izlənilir. Vətəndaş rəyləri bizim üçün inkişaf nöqtə və istiqamətləri göstərən ən gözəl mayakdır”, – deyə o bildirib.
TƏBİB əməkdaşının sözləri sosial şəbəkə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdən sonra Aydın Əliyev video görüntülərlə problemi detallı şəkildə izah edib.
Həmin video açıqlamanı təqdim edirik.
Gununsesi.info