Bu dövlətin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüdülməlidir

  • By admin
  • 27 Sentyabr 2022 13:19

“Şəhidlərin azad etdiyi bu torpaqlar, ucaltdığı bu bayraq bizə əmanətdir. Biz onların əmanətlərinə sahib çıxmalıyıq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

O bildirib ki, bu dövlətin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüdülməlidir:

“44 günlük müharibədə ordumuz təkcə düşmənə deyil, onların hegemon himayədarlarının qarşı da döymüşük. Biz xalq, dövlət, ordu olaraq birləşmişik. Xalq hər zaman ordunun arxasında olarsa, heç vaxt bizim torpaqlara düşmən ayağı dəyməyəcək. Şəhidlərimizin tanıdılması ona görə vacibdir ki, hər kəs bu çətin müharibəni, onun iştirakçılarını bilsinlər, tanısınlar. Şəhidlər indi yox unudulanda ölürlər. Allah şəhidlərimizə rəhmət eləsin”.

Gununsesi.info