Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır.
Gununsesi.info Xezerxeber.az-a istinadən xəbər verir ki, evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Əsasən günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.
Evin zirzəmisində olan elektrik fanarlarının da ayırıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətlərini tamamilə dirəklərdən ayırıb.
Mənbəyi hələlik məlum olmayan yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə- hamamda da baş verib.
Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.
Gununsesi.info