Bu fondun işçilərinin maaşları artırılıb

  • By admin
  • 29 Mart 2018 08:10

Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bununla əlaqədar Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin yeni aylıq vəzifə maaşlarını təsdiq edib. Beləliklə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1150 manatdan 1265 manata, icraçı direktorun aylıq vəzifə maaşı 895 manatdan 985 manata, şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 590 manatdan 649 manata, baş məsləhətçinin aylıq vəzifə maaşı 410 manatdan 451 manata, aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 390 manatdan 429 manata, məsləhətçinin aylıq vəzifə maaşı 380 manatdan 418 manata, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 200 manatdan 220 manata, sürücünün aylıq vəzifə maaşı 220 manatdan 242 manata, xadimənin aylıq vəzifə maaşı 155 manatdan 171 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

Gununsesi.info