Bu foto ilə yaddaşlarda qalmışdı: Norveçli həkimdən dünyaya ÇAĞIRIŞ

  • By admin
  • 31 Oktyabr 2023 16:29

Norveçli həkim Mads Gilbert İsrailin Qəzza zolağında mülki obyektləri hədəf almasını sərt şəkildə tənqid edib. 

Gununsesi.info xəbər verir ki, 40 ildən çox Qəzzada çalışan norveçli həkim Mads Gilbert İsrailin heç bir dəlil olmadan hərbi fəaliyyət iddialarına əsaslanaraq xəstəxanaları bombalamasına etiraz edib.

“İsrailin bu iddialarını 2009-cu ildən bəri eşidirik. Dəfələrlə buradan çıxmaqla təhdid edilmişik. 16 ildir “Şifa” xəstəxanasında işləyirəm. Bu xəstəxanada hərbi fəaliyyətin olması iddiası doğru deyil. Yüzlərlə foto və video çəkmişəm. Heç kim heç birini yoxlamayıb”, – deyə o bildirib.

Gununsesi.info