Martın 14-də Paris yaxınlığında 18 yaşlı motosikletçinin təqib zamanı polis maşını ilə toqquşması nəticəsində ölməsi şiddət olaylarına səbəb olub.
Gununsesi.info bildirir ki, yerli mətbuatda yer alan xəbərə görə, polis tərəfindən təqib edilən Vanyss adlı gəncin ölümü məmləkəti Kurneuvedə etiraz edilib. Bir qrup gənc Parisin Kurneuve ətrafında bir polis idarəsini atəşfəşanlıq və molotov kokteyli ilə hədəfə alıb.
Maraqlıdır ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi yerlərdə polis idarəsinin ətrafının yandırıldığı görünür.
Hadisələrlə bağlı 6-dan çox adam saxlanılıb.
Digər tərəfdən, “France 2” telekanalında Vanysin ölümünə səbəb olan qəzanın təhlükəsizlik kamerası görüntülərini dərc etməsi reaksiyaları artırıb. Kamera görüntülərində yanlış yolla gedən polis maşınının başqa komandadan qaçmağa çalışan Vanyssin motosikleti ilə toqquşduğu görünür.
Martın 14-də Parisətrafı Seine-Saint-Denis şəhərinin Obervilye qəsəbəsində motosiklet sürücüsü polisin “Saxla” xəbərdarlığına tabe olmayıb və təqib nəticəsində oturacağında iki nəfərin olduğu motosiklet başqa bir polis maşını ilə toqquşub. Polis səlahiyyətliləri 18 yaşlı sürücü Vanyssin qəza yerində öldüyünü, motosikletdəki digər şəxsin isə ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Fransa polisi 2023-cü il iyunun 27-də Nanterredə içərisində 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.
Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə qarşıdurma yaşanıb.
Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı talan və soyğunçuluq hadisələri baş verib, saat 21:00-dan etibarən təxminən 10 şəhərdə komendant saatı elan edilib.
Gununsesi.info