Bu gecə bəzi bank kartları işləməyəcək

  • By Günel
  • 15 Oktyabr 2024 19:55

Bu gecə 01:00-dan 07:00-a qədər “Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq.

Gununsesi.info “Operativ Media”ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər.

“Azericard”ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.

Gununsesi.info