Bu gecə ilk Qədr gecəsidir

  • By admin
  • 09 Aprel 2023 09:47

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Gununsesi.info