Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Gununsesi.info xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 28-dən 29-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının 2-ci Qədr gecəsi martın 30-da, 3-cü aprelin 1-də və sonuncusu aprelin 5-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Allah oruc, ibadət və dualarınızı qəbul etsin!
Gununsesi.info