Bu gecə Ramazan ayının ehtimal edilən dördüncü Qədr gecəsidir

  • By admin
  • 17 Aprel 2023 14:10

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən dördüncü Qədr (əhya) gecəsidir.

Dördüncü Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 17-dən 18-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Gununsesi.info