Bu gecə üçüncü Qədr gecəsidir

  • By admin
  • 16 May 2020 18:55

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

Gununsesi.org xəbər verir ki, Ramazanın 22-ci günü üçüncü Qədr gecəsinə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Quran” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Gununsesi.org