Bu gecə Yupiter Yerə yaxınlaşacaq 

  • By admin
  • 25 Sentyabr 2022 10:15

Sentyabrın 26-ı gecənin ilk saatlarında Yupiter planeti Yerə ən yaxın məsafədən keçəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilir ki, Günəş qərb istiqamətində batanda Yupiter də səmanın şərq hissəsində yüksələcək. Beləliklə, Günəş sisteminin ən böyük planeti axşam saatlarında görünəcək.

Qeyd edək ki, iki planet arasındakı məsafənin 966 milyon kilometr olmasına baxmayaraq, bazar ertəsi günü bu rəqəm 591 milyon kilometr olacaq.

Xatırladaq ki, sonuncu dəfə Yupiter Yerə 1963-cü ildə bu qədər yaxınlaşıb.

Gununsesi.info