Bu görüntü ərinin xəyanətinin üstünü açdı - FOTO

  • By admin
  • 29 Mart 2018 21:05

Qadın ərinin ona xəyanət etdiyini sosial şəbəkə vasitəsi ilə öyrənib.

Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, o, müəllim işləyən ərinin tələbəsinin sosial şəbəkə fotolarına baxarkən onların intim münasibətdə olduğunu öyrənib.

Anna Rudenok adlı qız şəklin öz evlərində çəkildiyini və pişiklərinin də kameraya düşdüyünü görəndə dəhşətə gəlib.

Emilia Ignatova adlı tələbə evli müəlliməsi ilə yatarkən sosial şəbəkədə: “Universitet borclarımı ödədiyim maraqlı bir gün” sözlərini yazıb.

O, həmçinin əri Dmitrinin Emilia Ignatova adlı qızın bütün şəkillərini like etdiyini də görüb.

Daha sonra Anna bu barədə ərinə yazıb. Ər profilini bağlayıb, Emilia isə hesabını gizlədib.

Həmçinin Dmitri arvadına zəng edərək onu təhqir edib, hədələyib.

Qadın isə onu polisə verəcəyini söyləyib və sosial şəbəkələrdə biabır edib.

Qeyd edək ki, Annanın əri Dmitri Cənubi Ural Dövlət Universitetinin müəllimidir.

Gununsesi.info