Bu görüntülər etirazlar doğurdu: Kişiləri soyundurdular, qadınların gözü bağlı… – VİDEO

  • By admin
  • 28 Dekabr 2023 17:10

CNN-in məlumatına görə, sosial media kanallarında yayılan videoda İsrail əsgərlərinin iki uşaq da daxil olmaqla fələstinli kişiləri soyunduraraq əllərini başlarına qoymağı əmr etdikləri görünür.

Gununsesi.info xəbər verir ki, bundan əlavə, görüntülərdə yaşlı kişilərlə də eyni rəftar edildiyi göstərilir.

CNN videonun dəqiq nə vaxt çəkildiyini təsdiqləyə bilməsə də, sözügedən videonun Qəzzada Yarmuk stadionunda çəkildiyini müəyyən edib.

Videonun digər hissələrində digər qadın və uşaqların da İsrail əsgərləri tərəfindən saxlanıldığı və qadınların gözlərinin bağlı olduğu görünür.

Görüntülərdə İsrail ordusuna məxsus buldozer və hərbi maşınların da stadionun ətrafında hərəkət etdiyi görünür. Sözügedən video sosial mediada reaksiyaya səbəb olub.

Gununsesi.info