Bu görüş tarixi torpaqlarımıza müstəsna bağlılığın ifadəsi kimi yaddaşlarımızda əbədiləşdi - DEPUTAT

  • By admin
  • 24 Dekabr 2022 15:19

Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev “Qərbi Azərbaycan icması”nın bir qrup üzvlərilə görüşüb.

Görüşdə iştirak edən AVP sədri, deputat Fəzail Ağamalı Gununsesi.info-ya prezident özününn doğum gününü bir qayda olaraq ölkəmiz və xalqımız üçün ciddi və önəmli məsələlərlə əlaqələndirərək keçirir:

”Bu günkü doğum gününün qeyd edilməsi də bu baxımdan istisna olmadı. 2022-ci ilin avqustunda imzaladığı fərmanla yaradılan “Qərbi Azərbaycan icması”nın ofisində 27 nəfər Qərbi Azərbaycan əsilli icma üzvlərilə görüş, tarixi bir hadisə, torpaqlarımıza müstəsna bağlılığın ifadəsi kimi yaddaşlarımızda əbədiləşdi.

Erməni faşistləri üzərində 44 günlük Qələbəmiz nəinki 30 il işğala məruz qalan Qarabağ və Şərqi Zəngəzuru azad etdi, eyni zamanda bu zəfər vətənimizin bütövləşməsi prosesinin başlanğıcını qoydu. Görüşdə açıq və inamlı şəkildə Qərbi Azərbaycanı tarixi torpaqlarımızın bir hissəsi kimi dəyərləndirən cənab prezident, ora qayıtmağımızın da qaçılmaz və zəruri olduğunu təkzibolunmaz arqumentlərlə bir daha əsaslandırdı. Əmin olduq ki, silah işlətmədən Ağdamda, Kəlbəcərdə, Laçında olduğu kimi diplomatik gedişlərlə Vətənimizin bir parçası kimi Qərbi Azərbaycana da qayıdacağıq, Birinci Böyük Qayıdış kimi, İkinci Böyük Qayıdış da xalqımızın talehində ən sevincli günlərdən biri olacaqdır.
Bu tarixi missiyanı həyata keçirtmək üçün qarşıda olduqca vacib vəzifələrin yol xəritəsini diqqətə çatdıran cənab prezident, təkcə daxili auditoriya üçün deyil, həm də Beynəlxaql arenada fəal və genişmiqyaslı iş aparmağın vacibliyini xüsusi olaraq önə çəkdi.
Fəzail Ağamalı deyub, biz artıq Böyük Yolun – bütün tarixi torpaqlarımızın əsl sahibi kimi əbədi olaraq orada yaşamaq haqqının reallaçması ərəfəsindəyik:

”Belə bir mükəmməl arxitekturanın müəllifi möhtərəm, cənab prezident, Müzəffər Ali Baş komandan, icraçıları isə 50 milyonluq uca millətimizdir. Atalar demişkən niyyətimiz hara, mənzilimiz də ora!”

Mətləb

Gununsesi.info