Bu gözəllərə görə Tac Mahalı bağlayacaqlar +FOTO

  • By admin
  • 15 Mart 2018 15:20

Tac Mahal 13 gün turistləri qəbul etməyəcək. Bu qərara, Gözəllik müsabiqəsinin təçkilatçıları gəlib. Belə ki, 15-28 mart Hindistanda keçiriləcək tədbirin iştirakçıları üçün Tac Mahal bağlanacaq.
Gununsesi.info xəbər verir ki, ”MISS SUPERMODEL WORLDWIDE”-da vətənlərini təmsil etmək üçün 38 ölkədən finalçı qatılacaq.
 Azərbaycanın siması isə , ”MISS SUPERMODEL WORLDWIDE AZERBAIJAN”-ın qalibi Faina Tsukerman seçilib. O, podiuma məxsusi olaraq onun üçün hazırlanan milli geyimdə çıxacaq.
 Yarışmanın beynəlxalq direktoru və dünya gözəllik konqresinin baş prodüseri Pərviz Əzimzadə bildirib ki, ”Faina ciddi və olduqca ağır məşğələləri ilə bu işə necə məsuliyyətlə yanaşdığını isbat edib. Gözləntilərimiz böyükdür, ümid edirik etimadı doğruldacaq.”
Azərbaycanı Hindistanda təmsil edəcək iştirakçı kimdir?
-İxtisasca psixoloq olan Faina Tsukerman 1996-cı il təvəllüdlüdür. İlk fotosessiyası 14 yaşında Karvan və Aysel  jurnalları üçün olub. Muz tv-də aparıcı işləyib.
Gununsesi.info