Bu günə olan valyuta məzənnələrini açıqlanıb

  • By admin
  • 12 Oktyabr 2016 10:32

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) 12 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 11-i ilə müqayisədə 0,12% azalaraq 1,5986 manat təşkil edib

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 11-i ilə müqayisədə 0,78% ucuzlaşaraq 0,0256 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,5189 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq 0,36%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% ucuzlaşaraq 0,6803 manat təşkil edib.

Anar

Gununsesi.info