“Bu günə qədər belə hadisə baş verməyib, heç vaxt şikayət olmayıb”- “Dönər Market”in administratoru Orxan Ağayev

  • By admin
  • 13 Dekabr 2021 13:00

“Bu günə qədər belə hadisə baş verməyib, heç vaxt şikayət olmayıb”.

Gununsesi.info  xəbər verir ki, bu barədə sayta Bakıda kütləvi zəhərlənmə qeydə alınan “Dönər Market”in administratoru Orxan Ağayev deyib.

HTML tutorial

O bildirib ki, ətin sertifikatı var:

“Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Bütün sertifikatlar var. Birinci belə haldır baş verir. Həmin səkkiz nəfərin dönərdən zəhərlənməsinin sübut olunmasını gözləyirik. Ekspertizanın cavabını gözləyirik. AQTA tərəfindən sertifikatımız var. İki ildən çoxdur fəaliyyət göstəririk, belə hadisə baş verməyib. Əti bizə gətirən şirkət var, biz də onlardan tələb edəcəyik ki, vəziyyəti izah etsinlər.

Koronavirusla bağlı hər həftə müəssisədə dezinfeksiya işləri də aparılır. Ətlərə gəldikdə isə, istəyirsinizsə, özüm də bu ətlərdən yeyim. Mən ölməsəm, deməli, məhsulda problem yoxdur. Bu birinci haldır baş verib. Ola bilər həmin vətəndaşlar dönərdən sonra başqa qida qəbul ediblər, bəlkə də ondan zəhərlənmə olub”.

Gununsesi.info