Bu günə olan məlumat: 3,5 min rus hərbçi öldürülüb, 200-ü əsir düşüb - RƏSMİ

  • By admin
  • 26 Fevral 2022 10:03

Bu gün səhərə olan məlumata görə, Ukraynada 3,5 mindən çox rus hərbçi məhv edilib və 200-ə yaxını əsir götürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rada” telekanalının efirində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Bu səhərə olan məlumata görə, bizdə 3500-dən çox ölü rus və 200-dən bir az az əsir var”, – Mixail Podolyak deyib.

Gununsesi.info