
Mərhum Prezident Heydər Əliyevin 100 illiyi münasibətilə bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq.
Gununsesi.info-nun xəbərinə görə, Əfv Məsələləri Komissiyası daxil olmuş müraciətləri ötən həftə Prezident Administrasiyasına təqdim edib.
Bildirilir ki, əfv fərmanı ümumilikdə 200 -ə yaxın şəxslərə şamil olunacaq ki, onlar arasında ömürlük cəza çəkən bəzi şəxslər də var.
Siyasi məhbusların adının siyahıya daxil edilib-edilməməsinə gəlincə, qeyd edək ki, onların adlarının son anda ölkə başçısının istəyi ilə siyahıya daxil edildiyindən bu barədə dəqiq bilgi yoxdur.
Afət Abbasova
Gununsesi.info