Bu gün əfv sərəncamı imzalanacaq - SİYASİ MƏHBUSLARIN ADINI PREZİDENT ÖZÜ SİYAHIYA ƏLAVƏ EDƏCƏK

  • By admin
  • 25 May 2022 11:33

Bu gün Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanacaq.

Gununsesi.info-nun xəbərinə görə, əfv siyahısı artıq öz yekun siyahısını ölkə başçısına təqdim edib.

Siyasi məhbusların adının siyahıda olub-olmamasına gəlincə, Əfv Komissiyasının adının çəkilməsini istəməyən üzvlərindən biri belə deyib:

“Əgər kimsə əfv üçün müraciət edibsə, heç bir ayrı-seçkilik olmadan onun ərizəsinə baxılır.
Ancaq “siyasi məhbus” adlandırılan şəxslərə gəlincə, ötən illərin təcrübəsi göstərib ki, onların adını prezident humanistlik göstərərək özü siyahıya əlavə edir. Mən də ümid edirəm ki, hüquq -müdafiə təşkilatlarının təqdim etdiyi siyahıdakılar da sərəncama daxil ediləcək”.

Günay
Gununsesi.info