Bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb - SƏBƏB?

  • By admin
  • 12 May 2017 09:14

baki_vagzali_qatar_0258

Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb.

Bunu Gununsesi.info-ya Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb:

“Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”.

Gununsesi.info