Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyasını davam etdirəcəyik.
Gununsesi.info-nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Arzu edirəm ki, inşallah, xeyirli nəticələr əldə edərik”, – o vurğulayıb.
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığını Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib.
O bu gün ərzində iki ölkə başçısı arasında telefon danışığının olacağını söyləyib.
Gununsesi.info