Bu gün Bişkekdə MDB ölkələrinin hökumət başçılarının iclası keçiriləcək. Gununsesi.info xəbər verir ki, iclasda 22 məsələyə baxılması və 7 sənədin imzalanması gözlənilir.
Toplantı zamanı elektrik enerjisi obyektlərində qəzalar barədə məlumat vermək, təhsil sahəsində əməkdaşlıq, radioaktiv mənbələrin yerdəyişdirilməsi məsələlərində qarşılıqlı fəaliyyət kimi məsələlər müzakirə olunacaq.
Həmçinin aqrobiomüxtəlifliyin qorunması haqqında konvensiya, dövlət satınalmalarının tənzimlənməsinə dair qayda və proseduralar haqqında protokolun imzalanması gözlənilir.
Toplantıda Belarus, Qazaxıstan, Tacikistan, Moldova və Rusiyanın baş nazirləri, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ermənistan, Türkmənistan, Özbəkistanın baş nazirlərinin müavinləri və Ukrayna səfiri iştirak edəcək. (APA)