Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrası nəticəsində bu gün 200 nəfərə yaxın məhkum penitensiar müəssisələrdən azadlığa buraxılıb. Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov məlumat verib.
Rəis müavini bildirib ki, 28 May – Respublika Günü münasibətilə qəbul edilən amnistiya aktı 15 iyundan etibarən 4 ay müddətində icra olunacaq: “Artıq penitensiar müəssisələrdə aktın icrasına başlanıb. Amnistiya aktı 4 ay müddətində icra olunacaq və ümumilikdə 10 min məhbusa şamil ediləcək. Həmin məhbuslardan 3500 nəfər cəzasının çəkilməmiş hissəsindən azad ediləcək”.
Gununsesi.info