
Hakimlərin sayının həddən çox artırılmasına məhkəmə sturkturu tab gətirə bilməz.
Gununsesi.info xəbər verir ki, bu fikri Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bu gün milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, məhkəmlərdə iş yükün çoxluğunun aradan qaldırılmasına hakimlərin ştat vahidinin artırılması da kömək edə bilməz. “Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükü ayda təxminən 25-30 işdən ibarətdir. Bu gün tək Bakı şəhərində bu rəqəm yüzlə ölçülür. Elə məhkəmələr də var bu say yüzün üstündədir. Deməli biz bu işin öhdəsindən gəlmək üçün hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq. Təbii ki, bu real deyil. Çünki stat vahidinin artırılmasına heç məhkəmə infrastrukturu da tab gətirməz. İşin səmərəliliyi də burada görünməz”- dey. C. Hüseynov əlavə edib.
O bildirib ki, ona görə də biz başqa üsulla iş həcmini azaltmağı hədəfləmişik. “Məhkəmədə iş həcminin azalması üçün təhlillər apardıq və məlum oldu ki, məhkəmədə hakimin iş yükünün təxminən 25 faizi icra işləri üzrə icraata xitam verilməsi ilə bağlı olan işlərdir. Ali Məhkəmənin tövsiyəsinə əsasən oktyabrın sonun mülki prosessual məcəlləyə dəyişiklik edildi. artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq”- deyə, o bildirib.
C. Hüseynov onu da bildirib ki, bu gün 3-5 manatlıq iddialar Ali Məhkəməyə qədər gedib çıxır: “Bununla da əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmini artırmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır və bunun nəticəsinə uyğun olaraq qanunvericilikdə təkmilləşdirlmə işləri aaprılacaq”.
Hakimlərin əməkhaqqına toxunan C.Hüseynov bildirdi ki, maaşlar azdır: “Hakimlərin maaşı elə də çox deyil. Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşı əlavə gəlirlərlə hesablasaq təxminən 1500 manat təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil. Bu göstərici bir sıra Avropa ölkələrində yuxarıdır. İş həcminin çoxluğu isə istər-istəməz işlərə mənfi təsir götərir. Biz də bundan narazıyıq”.
Mürtəza
Gununsesi.info