Bu gün ABŞ İranla bağlı qərarını elan edəcək

  • By admin
  • 13 Oktyabr 2017 08:00

abs-iran

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.

“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək.

Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib.

Gununsesi.info