Bu gün Ağdaşda Milli Məclisə təkrar seçkilər keçirilir

  • By admin
  • 18 İyun 2016 08:30

SESVERME

 

HTML tutorial

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.

Gununsesi.info xəbər verir ki, səsvermə saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Seçkiləri 500-dən artıq yerli və xarici müşahidəçi izləyəcək.

Seçkilərdə 7 namizəd iştirak edir. Bunlar Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlovdur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 17 noyabr 2015-ci il tarixli iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə beşinci çağırış Milli Məclisə seçkilərin nəticələri etibarsız hesab edilmişdi.